A24 Xeber

İndoneziyada zəlzələ qurbanlarının sayı 200-ü keçdi – VİDEO – YENİLƏNDİ

İndoneziyada zəlzələ qurbanlarının sayı 200-ü keçdi – VİDEO – YENİLƏNDİ
52
06 Avqust 2018 - 11:59

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 209-a çatıb.

İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyinin verdiyi məlumatına görə, onlarla insan dağıntılar altından çıxarılmayıb.

***

İndoneziyanın şərqindəki Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.

Bunu İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyi bildirib.

Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində 300-dən çox insan yaralanıb.

***

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.

Bunu İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyi bildirib.

Agentliyin məlumatına görə, zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb, minlərlə insan təhlükəsiz yerlərə təxliyyə olunub. Zəlzələ nəticəsində bir neçə min evə ziyan dəyib.

***

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, yüzlərlə insanın xəsarət aldığı bildirilir. Bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00