İnfarkt keçirən insanlara şad xəbər: YENİ QURĞU icad edildi

İnfarkt keçirən insanlara şad xəbər: YENİ QURĞU icad edildi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ, İrlandiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, “Therepi” adlanan bu cihaz bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə kimi müdaxilə edir.

Məlumata görə, kiçik rezervuar şəklində olan yeni qurğu xəstənin dərisi üzərinə və ya altına xüsusi mexanizmli nazik şlanq vasitəsilə birləşdiriləcək. Onun köməyi ilə isə ürəyə dərman preparatı çatdırılacaq.

Alimlərin sözlərinə görə, xəstə bu qurğuya həkimin köməyi olmadan adi şpris vasitəsilə lazımi miqdarda dərman daxil edə bilər.

Yeni cihaz digər orqanların müalicəsi üçün universal platforma rolunu oynaya və müxtəlif xəstəliklərin müalicəsi üçün yeni metodlar hazırlamağa kömək edə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar