İngilis mediasında qalmaqallı İDDİA: “Kraliça Yelizabet Hz. Muhammədin nəslindəndir”

İngilis mediasında qalmaqallı İDDİA: “Yelizabet Hz. Muhammədin nəslindəndir”
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərə mediası Kraliça Yelizabetin soy-kökünün Hz.Muhammədin nəslindən gəldiyini iddia edib.

“A24.az” xəbər verir ki, “İngiltərə kraliçası Yelizabeta Hz.Muhammədin nəslindəndir” iddiasını ölkənin “Daily Mail” qəzeti yazıb.

Qəzetin gündəmə gətirdiyi iddia İngiltərə hakimiyyət quruluşu “Burke`s Peerage” tərəfindən ortaya atılıb. İddiaya görə, Yelizabet Aleksandra Mary, yəni Kraliça Yelizabetanın soy-kökü 43 nəsil geriyə gedəndə Hz.Muhamməd (s.a.s) nəslindəndir.

Nəsil araşdırmaçıların 1986-cı ildə kəşf etdiyi məlumatlar gün üzünə çıxarılıb. İddianın qaynağının nə dərəcədə etibarlı olduğu isə müzakirə edilir.

II Yelizabetanın qan kökünün XIV əsrə aid “Earl of Cambridge”, İspaniya müsəlmanlarına və Hz.Fatimaya gedib çıxdığı deyilir. Tarixçilər arasında mübahisəli olan məsələ soy-kökə aid olan dəlillərin İspaniyanın erkən orta əsrlərinə qədər gedib çıxmasıdır.

“Burke`s Peerage”in araşdırmasına görə, kraliçanın kökü müsəlman bir şahzadə olan Zaidaya gedib çıxır. Zaida isə xristianlıq dininə keçməzdən əvvəl XI əsrdə ata yurdu olan Sevilleni tərk edib. Zaida Seville Kralı Al-Mu`tamid ibn Abbadın 4-cü arvadı olub. Kraldan bir oğlan övladı dünyaya gətirən Zaidanın oğlu Sançonun soy-kökündən gələnlərdən birinin isə XI əsrdə Kembridcdə evləndiyi bildirilir.

Salmanın ziyarətindən sonra ortaya çıxdı…

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Salmanın İngiltərəni ziyarət etməsindən və imzalanan milyard dollarlıq müqavilələrdən sonra bu iddiaların ortaya çıxarılması “ingilislər səudiyyəlilərdən daha çox pul almağa çalışır” dedi-qodularının yaranmasına səbəb olub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar