A24 Xeber

İngiltərə klubunun müdafiəçisi əməliyyat olundu

İngiltərə klubunun müdafiəçisi əməliyyat olundu
18
08 May 2018 - 20:29

İngiltərənin “Liverpul” komandasının futbolçusu Jozef Qomes əməliyyat olunub.

A24.Az “Report”a istinadən xəbər verir ki, İngiltərə yığmasında da çıxış edən 21 yaşlı müdafiəçi mövsümün digər oyunlarında komandasına kömək edə bilməyəcək.

Gənc oyunçu həmçinin Çempionlar Liqasının final oyununda İspaniyanın “Real Madrid” komandasına qarşı görüşü də buraxmalı olacaq.

Qeyd edək ki, Qomes bu mövsüm İngiltərə çempionatında 23 oyunda meydanda olub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00