A24 Xeber

İngiltərə klubunun qapıçısı karyerasını başa vurdu – Xəstəliyə görə

İngiltərə klubunun qapıçısı karyerasını başa vurdu – Xəstəliyə görə
25
27 İyul 2018 - 18:57

İngiltərənin “Vulverhempton” klubunun qapıçısı Karl İkeme futbolçu karyerasını başa vurub. 

A24.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin leykemiya xəstəliyindən əziyyət çəkməsi olub.

Xəstəlik nigeriyalı oyunçuda 2017-ci ilin iyul ayında aşkarlanıb. O, karyerasını bitirmək barədə qərarı həkimlərlə məsləhətləşdikdən sonra qəbul edib.

Qeyd edək ki, Karl İkeme “Vulverhempton” klubunun yetirməsidir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00