İngiltərədə məktəblərdə qəribə QADAĞA

İngiltərədə məktəblərdə qəribə QADAĞA
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərədə 40 məktəbdə qız tələbələrə dərslərə yubka ilə girmələri qadağan olunub.

A24.Az ingilis mediasına istinadən xəbər verir ki, artıq qız və oğlan tələbələr şalvar geymək məcburiyyətindədirlər.

Məktəb rəhbərlikləri bu tətbiqlə transseksual tələbələri dəstəkləməyə və təhqirlərə qarşı qorumağa qərar verib. Bir çox bölgə rəhbərliyi bu yeniliyə qarşı qəzəblidir. Whitefielddakı Fillips High Schoolun tələbələrindən birinin anası bildirib ki, “Bizə heç kim bu haqda danışmadı. Məktəbin internet saytına girdim, 2019-cu ilin sentyabr ayından etibarən bütün tələbələrin şalvarla gəzməsi lazım olduğunun bildirildiyini gördüm. Qız uşaqların yubka geyinməməsi üçün hər hansı inandırıcı bir səbəb görmürəm. Nə geyəcəklər özləri qərar verməlidir. Bu qadağanı başa düşmürəm”, – deyə şərh verib.

Sputnikdə verilən xəbərə görə, Lewestaki Priory Schoolun direktoru bildirib ki, “Uniformanın dəyişdirilməsi qərarı, bərabərlik və əxlaq adına olunub. Gender baxımından neytral paltar, trans tələbələrimizi təhqirlərə qarşı qoruyacaqdır”, – deyə qeyd edib. Ötən iyun ayında da “Oxfordshire”dəki “Edge Secondary School”da oğlan tələbələrinə dərslərə yubka ilə gəlmələrinə icazə verildiyi bildirilmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar