A24 Xeber

İnşaatda inqilabi kəşf – Düyüdən elə bir material hazırladılar ki… – FOTOLAR

İnşaatda inqilabi kəşf – Düyüdən elə bir material hazırladılar ki… – FOTOLAR
618
30 Mart 2017 - 19:30

Türkiyənin Düzce Universitetində araşdırma aparan akademiklər düyü qabığından keyfiyyəti yüksək olan, yanmazlıq qabiliyyətinə sahib və suya davamlı lif lövhə hazırlayıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, toyuqların altına tökülən düyü qabığı maddəsindən hazırlanan A1 sinfinə məxsus yanmayan lif lövhə tavan və döşəmələrin salınmasında, inşaat sektorunda istifadə olunacaq.

Məhsulla bağlı açıqlama verən Universitetin İnşaat Mühəndisliyi fakultəsinin professoru Dr. Serkan Subaşı düyü qabığının tullantılarının Türkiyədə kifayət qədər dəyərləndirilmədiyini bildirərək “bu məhsulumuzu keyfiyyət dərəcəsi yüksək olan bir məhsul halına çevirərək, lövhə üzərində inşaat sektorunda istifadə ediləbiləcək hala gətirdik” – deyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00