A24 Xeber

İnsan bədənindəki ikinci beyin tapıldı

İnsan bədənindəki ikinci beyin tapıldı
127
10 İyun 2018 - 13:41

Avstraliyalı araşdırmaçılar bağırsaqlarda beyindən və onurğa sistemindən asılı olmayan və yaydığı elektrik dalğalarıyla qidaların sinir sistemindən keçməsini sinxronlaşdıran və koordinasiya edən, bədəndən atılmasını təmin edən ikinci bir beyinin olduğunu kəşf ediblər.

“A24.az” bildirir ki, elm adamları ikinci beynin kəşfi ilə bağırsaqların qarışıq funksiyalarını anlaya biləcəklərini bildiriblər.

Bağırsaq Sinir Sistemi bağırsaqlardakı hərəkəti idarə edən milyonlarla neyrona sahibdir. Lakin elm adamları bu günə qədər mexanikzmanı gözdən qaçırdıqlarını qeyd edib.

Avstraliya Flinders Universitetindən bir qrup araşdırmaçı bağırsaqlardakı elektrik dalğalarının ordakı selülozanı yoğun bağırsağa necə ötürdüyünü və bədəndən kənara necə atdığını kəşf edib.

Araşdırmanın hesabatını qələmə alan Neyrofizioloq Nik Spenser “bağırsaqların divarında yerləşən bu qədər çoxlu sayda bağırsaq neyronunun bağırsaqdakı atqıları itələməyi bacardığını anlamaq bağırsaq yolunun böyük sirlərindən biridir” deyə qeyd edib.

Daha sonra o “bu həqiqətən öz başına işləyən bir beyindir. Bağırsaq daxilindəki hərəkətliliyi beyindən və onurğa sistemindən asılı olmayaraq işlədir. Odur ki, bağırsaq beyni üzərində aparılan araşdırmalar bağırsaq xərçəngi kimi xəstəliklərin müalicəsində kömək edəcək” deyə fikirlərinə əlavə edib.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00