İnsan beynini oxumaq asan olacaq

İnsan beynini oxumaq asan olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Toronto Universitetində aparılan araşdırma ilə insan beyninin fəaliyyəti izlənərək görüntüyə çevrilib. Yaradılan süni intellekt ilə artıq insan beyninin oxuması daha asan olacaq.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, alimlər izlərinə düşdükləri yeni araşdırmaları ilə hər kəsin maraq dairəsində olan fürsəti əldə edib.

Nevroloq Dr. Adrian Nestor və Dan Nemrodov könüllülərin başına elektroensefaloqrafiya (EEG –  beyindəki dalğaları oxuyan avadanlıq) yerləşdirib. Həmin könüllü iştirakçılara bəzi insanların üzləri göstərilib. Əldə edilən məlumatların işığında EEG-nin bu sahədəki sürəti və zehni qavrayışı sayəsində görüntünün əldə edilməsiylə uğurlu nəticə əldə edilib.

Şəkilin sol tərəfində iştirakçıların üzü görünür, sağ tərəfdə isə süni intellektin təxmin edərək yaratdığı görüntülər yer alıb. Süni intellektin bu görüntüləri əldə etməsi cəmi 0,17 saniyə çəkib.

Araşdırmaçılar süni intellekt sayəsində insan zehninin oxuna biləcəyinin asanlaşacağını bildirərək elm dünyasında böyük həyəcan yaradıb. Lakin alimlər daha çox sınağın keçirilməsini vurğulayır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar