İnsan beyninin tutumu nə qədərdir?

İnsan beyninin tutumu nə qədərdir?
Want create site? Find Free WordPress Themes and plugins.

İnsan beyninin yaddaş tutumu 2,5 milyon GB-dır.

“A24.az” bildirir ki, bu maraqlı məlumat Türkiyənin Uludağ Universitetinin “NBeyin” adlı konfransında səsləndirilib. Sözügedən bu rəqəm, 300 il davam edən HD film yazısının həcmi ilə ekvivalent tutulur.

Bu məlumatların müəllifi Dos. Dr. Sinan Canan, konfrans iştirakçılarına beyin fiziologiyası haqqında məlumatlar verib. Yaddaşın xüsusiyyətlərindən hesab olunan dəqiqlik, yaddaşın həcmli olması, yadda saxlamanın sürəti, yaddaş təzələnməsi, yaddan çıxarmanın sürəti və s. məsələlər kompüterdəki bəzi parametrlərə uyğun gəldiyindən həmin məsələlərə də toxunulub.

Elm adamları beynin kompüterə tam bənzəmədiyini bildirib. Onun sözlərindən aydın olur ki, insan beynində iki ədəd bir-birinə bənzəyən sinir hüceyrəsi olmadığından hüceyrələr arası əlaqələrin sayı qalaktikadakı ulduzlar qədər çoxdur. Məhz, beyindəki əlaqə xəritəsi sayəsində hamımız tək və ayrı fərdlər olaraq həyatımızı davam etdiririk. Bu baxımdan hər bir insan bunları bilməli və güclü yaddaşa sahib olmalıdır. Çünki, informasiyanın toplanmsı, saxlanmsı və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri olan yaddaş, orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar