A24 Xeber

İnsan hansı yaşda varlana bilər? – ARAŞDIRMA

İnsan hansı yaşda varlana bilər? – ARAŞDIRMA
94
13 Mart 2017 - 18:36

İnsanlar ömür boyu var-dövlət əldə etməyə can atırlar, lakin alimlər bunun hardasa 45 yaşadək mümkün olduğunu isbat ediblər.

A24.Az BBC-yə istinadən xəbər verir ki,  2015-ci ildə ABŞ Maliyyə Nazirliyinin alimləri bu nəticəyə gəlmişdilər ki, insan 45 yaşınadək varlanmayıbsa, bundan sonra sərvət sahibi olması çətin ağlabatdır.

Belə bir nəticəyə gəlməzdən əvvəl alimlər Sosial Təminat Administrasiyasının 1978-ci ildən bu yana olan gəlirlər barədə sənədlərini araşdırıblar. Bu sənədlərdə müxtəlif insanların gəlirləri və onların əldə edilməsi barədə təfərrüatlar olur.

Araşdırmadan bəlli olub ki, “orta amerikalı” maliyyə uğurlarının təməlini əmək fəaliyyətinin ilk oniliyində qoyur. Bu isə adətən 25-35 yaşları arasına təsadüf edir.

35 yaşından sonra gəlirlərin artım sürəti adətən yavaşıyır, 45 yaşında isə qazancın pik nöqtəsi çatır və durğunluq başlanır.

Jurnalist Danielle Paquette “Washington Post” qəzetində yazır:

“Zükerberg sayağı varlı olmaq istəyirsinizsə, əsas ibrət dərsi belədir: Əlinizdə olandan cavankən möhkəm yapışın. Pulunuzu pul gəldikcə yığın, maaş artımını nə qədər tez tələb etsəniz, o qədər yaxşıdır”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00