A24 Xeber

İnsana təsir etməyin 9 yolu

İnsana təsir etməyin 9 yolu
159
22 Aprel 2018 - 12:38

Niyə insanları manipulyasiya edirsiniz? Səbəblər müxtəlif ola bilər. Bəziləri bundan öz məqsədləri üçün istifadə edir, bəziləri üçün də sadəcə maralıdır. Səbəbindən asılı olmayaraq, öyrənəcəyiniz bu sirlər hər birimiz üçün faydalıdır. Bəlkə nə vaxtsa lazım oldu?!

1 – Təsir etmək istədiyiniz adamı ADI İLƏ ÇAĞIRIN

İnsanın öz adı çox xoş və vacib bir şey kimi qəbul edilir. Ad doğuşdan insan həyatının ayrılmaz bir hissəsidir. Adın tələffüzü həmin insanın yer üzündə varlığını təsdiqləyir. Bundan başqa, sübut olunub ki, adın qarşısında işlədilən titul, status, rütbə insanda müsbət emosiyaların yaranmasına səbəb olur. Əgər müsahibinizdən nəsə əldə etmək istəyirsinizsə, o zaman ona adıyla müraciət edin. Məsələn, gözəl münasibət üçün onu dost adlandırın, yaxud onunla işləmək istəyirsinizsə, onu boss və ya patron adlandırın.

2 – DİNLƏYİN

Vacib olan odur ki, qarşındakı insanı diqqətlə dinləyəsən, hətta o düzgün olmasa belə…Ona düzgün olmadığını dərhal deməyin, əvvəlcə nəyləsə razılaşıb ümumi ortaq maraqları tapmaq olar. Sonra öz fikirlərinizi izah etməyə çalışın. Müsahibiniz sizin dediklərinizə diqqət yetirəcək.

3 – RAZILIQ ƏLAMƏTİ KİMİ BAŞINIZI YELLƏYİN

Cəmiyyətdə başı yelləmək razılıq əlaməti kimi qəbul edilir. Bu onu bildirir ki, danışıq zamanı başı yelləməklə biz müsahibimizin düz danışdığına işarə edirik. Bu cür həmsöhbətdən sonra müsahibimiz bizimlə həmfikir olacaq və arada ziddiyyət yaranmayacaq.

4 – MÜSAHİBİN DEDİKLƏRİNİ TƏKRARLAYIN

Bu üsuldan psixoloqlar istifadə edir. Onlar diqqətlə insanı dinləyir və onlarında danışdıqlarını təkrarlayırlar, bununla da psixoloq pasiyentlə arasında müəyyən əlaqə yaradır. Dostlarınızla da bu şəkildə danışmağa çalışın. Onlar özlərini sizin yanınızda rahat hiss edəcəklər.

5 – BƏH-BƏHLƏ DANIŞMAQ

Bəh-bəhlə və pafosla danışmaq ancaq özündən razı insanlara aiddir. Həmin insanlar özlərinə qiymət verməyi bacarırlar və ürəkdən özlərini tərifləyirlər. Siz isə söhbət zamanı yalnız bunu bildiyinizi təsdiq edə bilərsiniz. Yox, əgər insanın özünə güvəni yoxdursa, sizin bəh-bəhlə danışmağınız onun fikirlərinə zidd olacaq. Bu isə onda qəzəb yaradacaq və sizdən uzaqlaşdıracaq.

6 – HƏRƏKƏTLƏRİ TƏKRARLAYIN

İnsanların çoxu bu hiyləni, özləri də bilmədən avtomatik edirlər. Təbiət sübut edir ki, insanlar cüzi də olsa onlara oxşayanlarla xoş rəftar edirlər. Hərəkətləri təkrarlamaqla sanki həmin insanın necə əhəmiyyətli olduğunu sübut edirsiniz və o, sizin yanınızda özünü rahat hiss edir.

7 – İMTİNA EDƏ BİLMƏYƏCƏYİ BİR ŞEY TƏKLİF EDİN

Texnika insanda borclu qalmaq hissi yaradan əsas şeylərdəndir. Əvvəlcə qarşınızdakından sadə nəsə bir şey etməyi xahiş edin, daha sonra bir neçə gün gözləyin və çətin bir şey istəyin. Bir qayda olaraq, həmin şəxs həvəslə bunu edəcək.

8 – MÜSAHİBİNİZİN YORĞUN OLMASI

Yorğun insanlardan öz xeyrinizə razılıq almaq daha asandır. İnsan yorğun olanda psixoloji olaraq tələbləri daha asan qəbul edir. Lakin qəbul edilən təklifin dərhal qəbul ediləcəyini gözləməyin. O, yalnız sabah, dincələndən sonra yerinə yetiriləcək.

9 – DAHA ÇOX ŞEY İSTƏYİN

Müsahibinizdən əsassız və mümkün olmayan bir şey istəyin. Əlbəttə, o imtina edəcək və bir neçə dəqiqədən sonra cəsarətlə həqiqi tələbini səsləndirəcək. Qarşınızdakı müsahibiniz bundan əvvəlki rədd cavabına görə özünü narahat hiss edəcək və bu dəfə kömək etmək üçün sevinəcək.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00