İnsanı şoka salan hadisə: Qayınata kürəkəninə aşiq oldu - FOTO 

İnsanı şoka salan hadisə: Qayınata kürəkəninə aşiq oldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin İstanbul şəhərində tükürpədici hadisə baş verib.

A24.Az xəbər verir ki, qaynatanın kürəkəninə olan hisslərinə görə, qızının ailə həyatı boşanma həddinə gəlib çıxıb.

Kürəkən M.K ilə E.K adlı xanım 2012-ci ildə ailə qurub. Onların bu evlilikdən qızları dünyaya gəlib. Ancaq qısa müddət sonra cütlük arasında problemlər yaranmağa başlayıb. İddiaya görə qayınata Yaşar I. bu dövrlərdə kürəkəni E.K-yə duğusal hisslər bəsləməyə başlayıb. Zamanla bu hisslər sevgiyə çevrilib.

Qayınatanın kürəkəninə qarşı bu münasibəti ər-arvad arasındaki evliliyi boşanma həddinə gətirib çıxarıb. Evdə tez-tez baş verən mübahisələrə görə, M.K uşağını da götürüb, atasının evinə köçüb. Bir müddət ayrı yaşayan cütlük boşanmağa qərar verib.

Ərizə ilə məhkəməyə müraciət edilməmiş qayınata Yaşar I. kürəkəninə hisslərini etiraf etdiyi mesajlar göndərməyə başlayıb. Kürəkənindən qarşılıq görməyən qayınata ona “Sənə haqqımı halal etmirəm, ömrün boyu sevgiyə möhtac yaşa, sənin yerini biri tutacaq. Allah şahiddir ki, mən 2012-ci ilin fevralından bəri sənə xəyanət etməmişəm”- deyə mesaj göndərib.

Boşanma üçün məhkəməyə müraciət edildikdən sonra M.K 3 yaşlı qızı ilə tamamilə atasının evinə köçdü. Yaşar I. isə kürəkənindən intiqam almaq üçün 3 yaşlı nəvəsindən istifadə etməyə başlayıb. Yaşar I. yataqda nəvəsi ilə yarıçılmaq çəkdirdiyi şəkilləri sosial media üzərindən kürəkəninə göndərib. Bundan sonra kürəkən fotolarla birgə prokrorluğa müraciət edib. Şikayət ərizəsində bildirirlir ki, 50 yaşlı Yaşar I. nəvəsi ilə əxlaqsız fotolar çəkib, atasına göndərərək, azyaşlı qızı cinsi istismara məruz qoyur.

Araşdırmalardan sonra Yaşar I- ya Ağır Cinayətlər Məhkəməsində 18 il həbs istənib. Yaşar I. edilən ittihamları qəbul etməyib.

“Mən 50 yaşındayam. 5 uşağım və 5 nəvəm var. İttihamları heç bir şəkildə qəbul etmirəm. Kürəkənimlə qızım boşanır. Kürəkənim məni və qızıma ağır ittihamlar irəli sürüb. Ayrıca məni orta cinsin nümayəndəsi olmaqda ittiham edir. Qızıma da belə dediyi üçün o uşağı ilə birgə mənə sığınıb. Boşanma üçün müraciət edildikdən sonra bizə belə böhtanlar atıb. Mənim sosial media hesabım haker hücumuna məruz qalıb. Android tipli telefondan da istifadə etmirəm” – deyərək ittihamları rədd edib.

Yaşar I. əlavə edib ki, uşağın hüquqlarını almaqdan ötrü E.K belə böhtanlar atır.

 Yaşar I-nın qızı M.K isə yataqdakı fotoların xatirə üçün çəkildiyini, yoldaşının iddialarını qəbul etmədiyini bildirib.
Kürəkən isə boşanmalarına səbəbkar kimi qayınatasının göstərərək bildirib ki, tez-tez onların aralarını vurmağa çalışıb.
“Qayınatam tez-tez fərqli nömrələrdən zəng vuraraq, qızına ona xəyanət etdiyimi və orta cinsin nümayəndəsi olduğumu bildirib. Mən yoldaşıma dedim ki, gəl polisə gedək, mesajlar var, sübut edə bilərəm. Lakin yoldaşım telefonu alaraq, mesajları sildi”.
Ağır Cinayətlər Məhkəməsində qayınatanın həm nəvəsinə həm də kürəkəninə cinsi istismarına dair dəlillər yetmədiyindən Yaşar I. bəraət alıb.
İstanbul'da akıllara durgunluk veren olay! Kayınpeder damadına aşık oldu
N.A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar