İnsanlar üçün SƏDAQƏT ÖRNƏYİ "Anqut" quşları : Cütləri ölsə belə ona sadiq qalan nadir canlı-  FOTOLAR 

İnsanlar üçün SƏDAQƏT ÖRNƏYİ “Anqut” quşları : Cütləri ölsə belə ona sadiq qalan nadir canlı- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Anqut” – ördəyi xatırladan bu yabanı quşun başı ağ, gövdəsi qəhvə rəngində, quyruğu isə qara rəngli olur.

A24.Az-ın araşdırmasına görə tarixin ən sadiq quşu hesab edilir. Eyni fəsildən olan canlılar fizioloji olaraq hər cütləşmə dövründə fərqli biri ilə çoxalırlar. Amma Anqut quşlarında belə deyil. Həyatları boyu yalnız bir əks cinsin nümayəndəsini seçirlər və ömürlərini onunla birlikdə keçirirlər. Hətta Anqut quşlarının ən maraqlı xüsusiyyəti budur ki, onların əks cinsi ölərsə başları üstündə ölənə qədər dayana bilirlər. Yırtıcı quşlar “yoldaşının” cəsədini yesə də Anqut quşu öz sədaqətini onun başı üstündə durmaqla göstərir və qalan ömürü boyu heç bir quşla cütləşmir. Hətta bəzi inanclarda Anqutların  “yas” tutduğu iddia edilir.

Dünyanın bir sıra ölkələrində bu quşa inanc missiyası da yükləyiblər. Belə ki, Anqutlar Eşq və evliliyin simvolu olaraq göstərilir.


Bəs anqutların yaşamı, qidalanması, ömrü necə? Yaşam tərzləri sizin üçün də maraqlı gəldisə davam edək…

Anqutlar torpağı eşib orada yaşayan heyvanların boş qalan yuvalarında məskunlaşırlar. Məsələn dovşan, yer eşən heyvanlar kimi bir çox canlıların yuvalarını özlərinə məskən sayırlar. Onlarda da cütləşmə dövrü mart ayına təsadüf edir və yumurtalarını sırf torpağa qoyurlar. Bu say isə 8-16 aralığında olur. Həmin yumurtaların 28 günlük formalaşma müddəti olur.

Sadiq quşların boyları 70 sm, ömürləri isə 8-10 il aralığında olur. Erkəklərinin boyun nahiyyəsi qara, dişilərinin isə göz və boyun nahiyyəsində ağ halqa olur.

Bəs bu quşlar necə qidalanır?
Dənli bitkilərlər yeyirlər. Taxıl, buğda, arpa, qarğıdalı kimi qidalarla rahat yaşaya bilirlər. Hətta ot-ələf də onlar üçün yaşam mənbəyi ola bilir. Lakin miqdarı çox olduqda mədə-bağırsaq sistemləri pozulur.


Ev şəraitində də saxlana bilir…

Dənli bitkilərlə ev şəraitində əhlilləşdirilib saxlanıla bilər. Onlarda adaptasiya- alışma prosesi sürətli gedir. Lakin qidaları dənli deyil, sıxlıqla ot-ələflə olarsa bu zaman problem yarada bilirlər.


Çoxalma dövrlərində isə 20-30 sm-lik torpaq zəmin olması onlar üçün yetərlidir. Torpaq örtük olmadan yumurtalarını qoymurlar. Ən əsası ördəkkimilər fəsiləsindən olduqları üçün hovuz, su yığılan ərazilər onlar üçün yaşaya bildikləri yerlərdir.


Adına şeirlər, hekayələr yazılan quş jarqon ifadə olaraq istifadə olunur…

Ən təəssüf doğuracaq məqam isə bu quşun, türkiyə və Azərbaycan kimi türkdilli ölkələrdə jarqon olaraq istifadə edilməsidir. Birinə Anqut deyildiyi zaman qarşı tərəfin buna reaksiyası sərt və daha aqressiv olur. Halbuki adına şeirlər yazılan Anqut sadiqlik, eşq, sevgi, saflıq- bir sözlə gözəl sözlər rəmzidir.

Bəlkə də Anqut sözünün bu cür işlədilməsi hərəkətləri ilə əlaqəlidir.
Küləyin əksinə hərəkət edərək, yerə enən bu quş növü səndəlləyən təəssüratı yaradır. Anqutların məhəllə ifadəsi bu səbəbdən də “saf, səfeh, qaba” olaraq bilinir.
X.V, A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Reportaj, Maraqlı, Eksklüziv, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar