A24 Xeber

İnstagramda İŞİD-i təbliğ edən azərbaycanlının məhkəməsi keçirilib

İnstagramda İŞİD-i təbliğ edən azərbaycanlının məhkəməsi keçirilib
37
14 May 2018 - 11:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada tərkibində döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

A24.Az-ın “Report”a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, məlumata əsasən, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, “Abu Cihad” ləqəbli ilə tanınıb.

O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Həmçinin məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00