"İnstagram"da işləyən azərbaycanlı qadın - VİDEO

“İnstagram”da işləyən azərbaycanlı qadın – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial şəbəkələrdə “İnstagram”da çalışan azərbaycanlı qadın Aytəkin Əliyevanın videosu yayılıb.

A24.Az xəbər verir ki, Aytəkin Əliyeva əslən Lənkəranlıdır.

Lənkəranın 5 saylı tam orta məktəbində ingilis dili müəllimi kimi çalışıb.Amma arzularının həddindən artıq böyük olması onu Lənkərandan Kaliforniyaya qədər aparıb çıxarıb.

“Amma həmişə arzulayırdım ki, daha böyük işlər görüm. Düzdü orada uşaqlarla tədbirlər keçirirdik. Həmin məktəbdə ilk dəfə ingilis dilində əlifba bayramı keçirən mən olmuşam. Bu məktəb üçün böyük bir şey idi. Düşünürdüm ki, müəllimə olmaq üçün təkcə evdə hazırlaşmaq yetməz. Həddindən artıq beynəlxalq təlimlərdə, seminarlarda iştirak edirdim. Regionlara səfər edirdim və orda çalışan layihə koordinatorlarına “Sosial media” treninqləri keçirdim. Düşündüm ki, sosial medianın vətəni Amerikadırsa və bütün sosial şəbəkələr orada yaranıbsa demək məhz sosial medianı Amerikada oxumaq lazımdır. Çox şanslıyam ki, hər iki valideynim bu yolda mənə çox dəstək olub. Baxmayaraq ki, yaxın qohumlar, qonşular Amerikaya gedən qadına yaxşı baxmırdılar. Valideynlərimi qınayırdılar ki, qız uşağını ora niyə göndərirsən. Lakin valideynlərim arxamda dururdu və mənə güvənirdi. Amerikada 4-5 proqramın qalibi olmağımda valideynlərimin çox böyük rolu olub”.

Daha ətraflı videometerialda:

aytəkin əliyeva ile ilgili görsel sonucu

aytəkin əliyeva ile ilgili görsel sonucu

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar