A24 Xeber

“Instagram”da YENİLİK – Videozəng olacaq

“Instagram”da YENİLİK – Videozəng olacaq
56
02 Mart 2018 - 18:25

“Instagram” sosial şəbəkəsində səsli və video zəng funksiyaları işə salınacaq.

A24.az xəbər verir ki, istifadəçilər sosial şəbəkənin “Android” versiyasında “zəng” və “videozəng” funksiyalarının işarələrini aşkar edib.

Bu funksiyaların işə salınması hələ yanvar ayında elan olunmuşdu. Hazırda bu funksiyaların sınaq rejimində olduğu ehtimal edilir.

“Instagram” bununla bağlı məlumatları təsdiq etməyib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00