A24 Xeber

“Instagram”da yenilik

“Instagram”da yenilik
61
30 Yanvar 2018 - 19:55

Populyar “Instagram” şəkil əlavəsi daha çox “WhatsApp” və ya “Skype” kimi messencerlərə oxşamağa başlayacaq. 

A24.Az Lent.az-a istinadən məlumatına görə, yaxın zamanlarda “Instagram” videozəngləri dəstəkləyəcək.

Peşəkar saytın məlumatına əsasən, istifadəçilər arasında mümkün videozənglər sınaqdan keçirilir. Əlavənin aktual versiyasının şifrəsində də “Instagram”da yeni funksiyaya işarə verilib. Gələcəkdə məlumatlar bloku açılsa və konkret istifadəçi seçilərsə, əlavənin yuxarı sağ tərəfində kamera işarəsi peyda olacaq.

Əlavənin tərtibatını nəzərdən keçirən mütəxəssislər müəyyən ediblər ki, hazırda bu düymə aktiv deyil. Ancaq yaxın zamanlarda istifadəçilər video vasitəsilə bir-biri ilə danışa biləcəklər. Bu texnologiyanın nə zaman ictimailəşəcəyi hələlik məlum deyil.

A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00