“İPhone” 10 yaşını qeyd edir

“İPhone” 10 yaşını qeyd edir
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın “Apple” texnologiya şirkəti mobil cihazlar arasında böyük şöhrətə sahib olan “İPhone” modelinin bazara çıxarılmasının 10-cu ilini qeyd edir.

A24.Az xəbər veiri ki, bu şirkət son ildə sadəcə telefon satışından 136,7 milyard gəlir əldə edib.

Firmanın qurucusu Stiv Cobs “İphone” modelini ilk dəfə 10 il öncə San Fransisko şəhərində tanıdıb. İxtiraçının “inqilabçı mobil telefon və internet sahəsində mükəmməl rabitə cihazı” tərifini verdiyi bu model qısa müddətdə bütün dünyada əks-sədaya səbəb olub və çoxlarının diqqətini özünə cəlb edə bilib.

İlk istehsalında 3,5 düym ekran, 128 meqabayt yaddaş və 2 meqapiksel kameraya sahib “İPhone” “İOS”-un 1.0 versiyasından istifadə edib. Hər il yeni modelini istifadəçilərinin xidmətinə verən marka son olaraq keçən il 5.5 düym ekran, 3 qeqabayt yaddaşa, “İOS 10” versiyasına və 12 meqapiksel kameraya sahib “İPhone 7” və “7 Plus” modelini təqdim edib.

Keçən il etibarilə təxminən 212 milyon telefon satan şirkətin sentyabr ayında sartışa çıxarılması planlaşdırılan “İphane 8” modeli ilə birlikdə 241 milyon telefon satışı etməsi gözlənilir. (publika.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar