“iPhone 8” smartfonlarında qüsur aşkar edildi - Şirkət səhvini etiraf etdi

“iPhone 8” smartfonlarında qüsur aşkar edildi – Şirkət səhvini etiraf etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“iPhone 8” cihazlarında sistem lövhəsi xarabdır.

“A24.Az” ICTnews-a istinadən xəbər verir ki, istehsal qüsuru 2017-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya və başqa ölkələrdə satılmış az sayda qurğuda qeydə alınıb.

Zavod qüsuruna görə sözügedən telefonlar birdən yenidən yüklənə, dona, hətta açılmaya bilər.

“Apple” korporasiyası qüsurlu smartfonları ödənişsiz təmir etməyə dair söz verib. Bundan başqa qeyd edilib ki, bu problem “iPhone 8 Plus” və şirkətin başqa modellərində qeydə alınmayıb.

Korporasiyanın saytında təmirə ehtiyacı olan “iPhone 8” modelləri haqda öyrənmək olar. Bunun üçün qurğunun alındığı region və seriya nömrəsini qeyd etmək lazımdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar