“iPhone” üçün ən yaxşı proqramlar bunlardır- SİYAHI

“iPhone” üçün ən yaxşı proqramlar bunlardır- SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Mütəxəssislər may ayının nəticələrinə əsasən “iPhone” smartfonları üçün ən yaxşı proqramların siyahısını tərtib ediblər.

A24.Az Vladtime.ru saytına istinadən məlumatına görə, bu proqramlar bir çox istifadəçiləri yayın gəlişindən əvvəl sevindirəcəklər.

Belə ki, “Obscura 2” əlavəsi smartfonun standart kamerasının funksiyalarını görünməmiş həddə qədər genişləndirə biləcək alətlər seçimi təqdim edir. Əgər evdə oturmaqdan bezmisinizsə, o zaman hər zaman “Jurassic World Alive” proqramını işə salıb Hollivudun eyniadlı blokbasteri üzrə dinozavrların axtarışına başlamaq olar.

“Horizon Camera”nın sonuncu versiyasında “Apple” cihazlarının dəstəklənməsi genişləndirilib, həmçinin “iPhone” kameralarından təsirli şəkillər əldə etməyə imkan verəcək yeni imkanlar və filtrlər əlavə edilib.

Mütəxəssislər “Google News” tətbiqini də qeyd ediblər. Bu tətbiq “iPhone” sahibinin üstünlük verdiyi ən aktual məlumatları təqdim edəcək.

“NotePlan” proqramı ilə istənilən hadisələri planlaşdırmaq mümkündür. Bunun üçün təqvimin köməyi ilə intuitiv bildirişlər sistemindən istifadə ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar