"İphone"un  3 yeni modelini təqdim edəcəyi vaxt AÇIQLANDI- FOTO

“İphone”un  3 yeni modelini təqdim edəcəyi vaxt AÇIQLANDI- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Apple” şirkəti sentyabr ayında “İphone” telefonlarının üç yeni modelinin təqdimatını düşünür.
A24.Az xəbər verir ki, şirkət bu yeni modellərə sürətli “yükləmə” üçün qurğu- adapter də əlavə edəcək.

Verilən məlumata görə yeni “iPhone”larda 18 W-lıq USB-C güc adapteri də yer alacaq. Bununla da artıq yeni nəsil telefonları sürətli şəkildə enerji ilə bərpa etmək mümükün olacaq. Bu yeni adapterlərin bir digər fərqliliyi isə formalarının da daha yuvarlaq olmasıdır və o “iPhone” Lightning/USB-C birləşdiricisi ilə əlaqələndiriləcəyidir. Bildirilir ki, adıçəkilən yenilik, telefonların qutusuna əlavə olunacaq.

Yeni şarj adapteri bu formada görünür:

Bəs adıçəkilən üç yeni “İphone” modellərihansılardır?

6.5 inç ekrana sahib olan iPhone X Plus, 5.8 inç’lik iPhone X2 və 6.1 inç’lik iPhone X Lite modellərinin 2018-ci ilin sentyabrında “İphone” sevərlərin təqdimatına veriləcəyi gözlənilir.
Bir digər bəlli olan məqam isə “iPhone X” və  “iPhone X plus”modellərində OLED ekranı quraşdırılacağıdır. Üçüncü adıçəkilən modeldə isə LCD ekranı yer alacaq.
“iPhone X plus”modelinin Apple Pencil- yəni adıkeçən şirkətin qələmlərinin də istifadəsi üçün yararlı olacağı iddia edilir.

 

Xəyalə Vaqif, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar