İqtisad Universitetində dərslər dayandırıldı

İqtisad Universitetində dərslər dayandırıldı
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Dövlət İqtisad Universitetinin İçərişəhər korpusunda dərslər dayandırılıb. Buna səbəb Bakıda bu gün başlayan “Formula-1” yarışlarıdır.
A24.Az xəbər verir ki,  yarışlar V günə təsadüf etdiyindən universitetdə həmin gün dərs olmayacaq.
Dərslərin təxirə salınmasıyla bağlı tələbələrə dünəndən məlumat verilib. Universitetdən onu da bildiriblər ki, bu hadisə tədris prosesinə heç bir mənfi təsir göstərməyəcək.
Qeyd edək ki, bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar