İqtisadçı da təsdiqlədi:"Banka qoyduğun vəsaiti götürə bilmirsən" - Palata isə "yox" deyir 

İqtisadçı da təsdiqlədi:”Banka qoyduğun vəsaiti götürə bilmirsən” – Palata isə “yox” deyir
Want create site? Find Free WordPress Themes and plugins.

Mətbuatda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhdudiyyətlərin qoyulması haqqında məlumatlar yer alıb.

A24.Az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov problemli məsələ ilə əlaqədar ötən gün mətbuata açıqlamasında bildirib ki, bəzi KİV-lərdə MBNP tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhdudiyyətlərin qoyulması barədə xəbərlər dərc olunub:

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov

“Məsələnin ictimaiyyət üçün aydınlaşdırılması məqsədilə bildirmək istəyirəm ki, MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib. Məlum olduğu kimi, 1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasında dair xüsusi rejim müəyyən edilib”.

Qalmaqala səbəb olan problemli məsələni A24.Az-a iqtisadi ekspert  şərh edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı bildirib ki, həqiqətən də, rəsmi şəkildə olmasa da, mətbuatda yazılan yazılarla bağlı bu cür defakto problemlər var:

“Problemlər ondan ibarətdir ki, banka gedirsən, öz qoyduğun vəsaiti götürə bilmirsən və ya hamısını tam şəkildə əldə edə bilmirsən. Və yaxud depoziti əldə edəndə onu müəyyən bir qismini manatla qaytarırlar. Belə hallar var. Hesab edirəm ki, bu halların da yaranması qanundakı dəyişikliklə əlaqədar deyil. Belə halların yaranması sadəcə olaraq, banklardakı müəyyən əməliyyatlara qoyulan qadağalarla bağlıdır. O, bankların özünün daxili prosedurları ilə əlaqədardır. Təbii ki, bu kimi hallar yol verilməzdir. Son nəticədə banklara inamının, etimadının daha da azalmasına gətirib çıxaracaq. Əhalinin ümumiyyətlə, öz vəsaitlərini banklarda deyil, banklardan kənarda saxlamasını stimullaşdıracaq”.

Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə Bazarlarına Nəzarət Palatası

Q.İbadoğlu vurğulayıb ki, MBNP-nin mətbuata açıqladığı kimi yeni qüvvəyə minən qanunda bu məsələ ilə bağlı heç bir qadağa yoxdur:

“Sadəcə olaraq, qanunla yeni vergi bazası formalaşdırılıb və həmin o baza məhz nağdsız əməliyyatlarla əlaqədardır. Vəsaiti nağdlaşdırdıqda nəzərdə tutulur ki, müvafiq şəkildə 1% vergi ödənilsin. Bu ola bilər ki, bütövlükdə təsərrüfat subyektlərinin vətəndaşlarının nağd vəsaiti əldə etməsini müəyyən mənada azaltsın. Çünki eyni zamanda vəsaitləri hesablayıb görürlər ki, onlara nağdsız istifadə etmək nağd istifadə etməkdən daha az xərclə başa gəlir. Bu qanun nağdsız hesablaşmaları stimullaşdırma məqsədi daşıyır”.

“MBNP-nin açıqlamasını da normal qəbul edirəm. Çünki həqiqətən onların bu məsələ ilə bağlı bir qərarı yoxdur. Palatanın açıqladığı nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər bundan ibarətdir: Dövriyyəsinin həcmindən asılı olaraq, şirkətlər ay ərzində 30.000 və ya 30.000-dən çox vəsaitin nağdsızlaşdırılması ilə bağlı məhdudiyyətlər var. Yəni əvvəllər olduğu kimi istədiyin qədər vəsaiti nağdsızlaşdıra bilmirsən. O dövriyyənin həcmindən asılıdır”, – deyə iqtisadçı əlavə edib.

Orxan Aslanlı, A24.Az  

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar