İran Ermənistana ixrac etdiyi qazın həcmini azaldır

İran Ermənistana ixrac etdiyi qazın həcmini azaldır
Want create site? Find Free WordPress Themes and plugins.

İran gələn aydan Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq.

“A24.az” xəbər verir ki, bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft nazirinin müavini və milli qaz şirkətinin baş direktoru Həmidrza İraqi İran və Ermənistanın yeni qaz müzakirələri və bəzi xəbər saytlarında yayımlanan xəbərlərə münasibət bildirərkən deyib.

H.İraqinin sözlərinə görə, ötən ay Ermənistan daha çox qaza ehtiyacı olduğunu elan edib. “Bizim də Ermənistana daha çox qaz vermək imkanımız olduğu üçün onların təklifini qəbul etdik və ixracatı artırdıq. Gələn aydan isə Ermənistana qaz ixracı həcmini azaldacağıq. Ona görə ki, bizim onlara qaz ixracı  və onlardan elektrik enerjisi almağımıza dair müqavilədə müəyyən miqdar göstərilib və bu miqdarı tənzimləmək üçün gələn aydan Ermənistana ixrac edəcəyimiz qazın həcmini azaldacağıq”, – deyə H. İraqi qeyd edib.

İraqi Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satılması məsələsinə də toxunub və bildirib ki, bu iş İranın özəl bir şirkəti tərəfindən həyata keçiriləcək: “Bu,  Azərbaycan və İran hökumətlərinə bağlı deyil. Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satışı İranın özəl bir şirkəti tərəfindən təklif olunub. Bu şirkət Türkmənistandan qazı alıb və bizə təhvil vermək istəyir ki, biz də bu qazı Azərbaycana sataq. Bu təkliflə bağlı biz razılığımızı bildirmişik və hazırda bu məsələni müzakirə edirik”.

İraqi Azərbaycan və İran arasında qaz mübadiləsinin davamlı olaraq həyata keçirildiyini vurğulayıb: “Azərbaycan və İran hazırda qaz mübadiləsini həyata keçirir. Biz qazı Azərbaycandan alıb Naxçıvanda təhvil veririk”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar