İran “İnstagram”ı da qadağan edir

İran “İnstagram”ı da qadağan edir
Want create site? Find Free WordPress Themes and plugins.

Tehranda Baş prokurorluğun binasında keçirilən mətbuat konfransında ölkədə ən çox istifadə olunan sosial media şəbəkələrindən “İnstagram”ın qadağan olunacağı açıqlanıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, qadağanın nə zaman tətbiq olunacağıyla bağlı heç bir məlumat verilməyib.

“İstagram”ın qadağan edilməsinə səbəb olaraq “ölkədəki bəzi sənətçilərin “İnstagram” vasitəsiylə ehtiyacı olan şəxslər üçün maddi yardım toplamalarından suni istifadə hallarına yol açmalarıdır” deyə göstərilib.

Qeyd edək ki, İranda “Facebook”, “Twitter” kimi sosial media hesablarından istifadə qadağandır. Aprel ayında isə ölkədə baş verən  etirazlardan dolayı “Telegram” bağlanıb. Ölkədə internetdən istifadə edənlərin 55 faizini “Telegram”, 23 faizini isə “İnstagram” istifadəçiləri tuturdu.

Lakin ötən həftə İranda dolların məzənnəsinin sürətlə qalxmasına etiraz edən tehranlı iş adamının hərəkətlərindən sonra “İnstagram”ın qadağan edilməsi diqqət çəkib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar