İran İsraili hədələdi: "Tel-Əviv və Hayfa məhv ediləcək"

İran İsraili hədələdi: “Tel-Əviv və Hayfa məhv ediləcək”
Want create site? Find Free WordPress Themes and plugins.

İran hökuməti İsraili Tehrana qarşı axmaq addımlar atmamağa çağırıb.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İslam Respublikasının ali dini lideri Əli Xamneyinin nümayəndələrindən biri çıxış edib.

İslam İnqilabı Keşikçiləri Korpusundan olan Əli Şirazinin sözlərinə görə, İran İsrailin şəhərlərini məhv edə bilər.

O bildirib ki, İsrail “daha bir neçə gün mövcud olmaq istəyirsə”, öz davranışlarına fikir verməlidir.

“Əgər onlar İrana bir bəhanə verərlərsə, Tel-Əviv və Hayfa məhv ediləcək”, – deyə TASS onun sözlərini sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Tehran ölkənin “qətiyyətliliyini sınağa çəkməyə” son qoymalıdır. Onun sözlərinə görə, İsrail İranın təcavüzünə ciddi cavab verəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar