İran İsraili yeni yaradacağı "İslam ordusu" ilə təhdid etdi

İran İsraili yeni yaradacğı “İslam ordusu” ilə təhdid etdi
Want create site? Find Free WordPress Themes and plugins.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi general leytenant Hüseyn Selami İsraili təhdid edən açıqlamalar verib.

“A24.az” xəbər verir ki, Səlami İsraili məhv edəcək İslam ordusundan danışıb.

Açıqlaması zamanı general leytenant Hüseyn Səlami işğal altında olan Qolan təpələrin yaxınlığında “İslam ordusu” qurmaqla fəxr edib və bu ordunun İsraili məhv etməklə təhdid etdiyini bildirib.

“Times of İsrael”ın verdiyi məluamat görə Səlaminin “bu gün Suriyada beynəlxalq İslam ordusu yaradılıb və müsəlmanların səsi Qolan yaxınlığında eşidilməkdədir. Əmir verilməsini gözləyirlər. Şeytan İsrail rejiminin aradan qaldırılması təmin ediləcək və bu rejimin həyatı tamamilə başa çatacaq. Sionist rejimin həyatı hazırda heç bir zaman olmadığı qədər təhlükədədir” deyə qeyd etdiyini bildirib.

Selamiyə görə İsrail bütün İslam dünyası üçün təhdiddir.

General leytenant Hüsey Səlami eyni zamanda Liviyadakı Hizbullah silahlılarından da danışıb. Bildirib ki, Hizbullahın İsraili hədəf alan 100 min raketi var: “Hizbullah bu günə qədər sionist rejimi tək başına məğlub edə biləcək gücə sahibdir. Sionist rejimin strateji güc yoxdur”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar