İran parlamenti ölkə prezidentinə bir ay vaxt verdi

İran parlamenti ölkə prezidentinə bir ay vaxt verdi
Want create site? Find Free WordPress Themes and plugins.

 İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə hökumətin iqtisadi problemləri aradan qaldırmaq üzrə gördüyü tədbirlər barədə hesabat təqdim etmək üçün bir ay vaxt verib.

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, qərarı parlament üzvlərinin dörddə birindən çoxu dəstəkləyib və bu, İslam Respublikasının konstitusiyasına əsasən, prezidentin cavab verməli olduğu anlamına gəlir.

Agentliyin məlumatına görə, parlament prezidentdən uzunmüddətli iqtisadi tənəzzül, bank sektorunda sanksiyaların uzadılması, milli valyutanın dəyərinin xarici valyutaya nisbətdə kəskin aşağı düşməsi, eləcə də hökumətin malların və valyutanın qiymətlərinə nəzarət etməyi və işsizliyin səviyyəsini azaltmağı bacarmaması kimi məsələlər üzrə hesabat verməyi tələb edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar