İran PUA-larını ilk dəfə xarici sərgiyə çıxardı - FOTOLAR

İran PUA-larını ilk dəfə xarici sərgiyə çıxardı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İran Türkiyənin Antalya şəhərində keçirilən “Eurasia Airshow-2018” beynəlxalq aviasiya sərgisi və şousunda 2 ədəd pilotsuz uçuş aparatı nümayiş etdirir.

Bu barədə A24.Az “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

“Yasir” və “Bina” indeksi almış kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları (PUA) ilk dəfədir ki, xarici sərgidə nümayiş etdirilir.

Bildirilib ki, döyüş sursatları ilə silahlandırılan “Yasir” 360 dərəcə radiusda görüntüləmə sistemi və radara görsənməyən sistem ilə təchiz olunub. Mobil daşına bilən “Yasir” 7-10 saat arasında uçuş edə bilir. PUA 11000-15000 fut yüksəklikdə əməliyyat aparmaq imkanına malikdir. “Yasir”in ABŞ istehsalı olan “Scan Eagle” PUA-sının bənzəri olduğu deyilir.

Bir saatlıq uçuş qabiliyyətinə malik olan “Bina” PUA isə 350 metr yüksəklikdə 75 km/saat sürətlə 10 km məsafə qət edə bilir. İran mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına hazırlanan PUA səssiz işləyir.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar