A24 Xeber

İran qəzeti yazdı, kəşfiyyat təsdiqlədi: Səudiyyə kralı öldürülüb! – İDDİA

İran qəzeti yazdı, kəşfiyyat təsdiqlədi: Səudiyyə kralı öldürülüb! – İDDİA
489
17 May 2018 - 22:58

Səudiyyə Ərəbistanı kralı Məhəmməd bin Salman 27 gündür heç yerdə gözə dəymir.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İranın mühafizəkar meylli qəzeti Keyhan, bir Ərəb kəşfiyyat xidmətinə istinadən, Səudiyyə Vəliəhdi Şahzadənin keçən ay dövlət çevrilişi cəhdində öldürülmüş ola biləcəyini iddia edib.

İranlı nəşrin məlumatına görə, aprelin 21-də kralın sarayına edilən hücumda öldürülmüş ola bilər. Qəzet iddia edir ki, təşkil edilən hücumda krala iki güllə atılıb. Bu səbəbdən də artıq 27 gündür ki, heç yerdə görünmür. Xatırladaq ki, 21 Apreldə paytaxt Ər-riyaddakı Səudiyyə Kralının sarayı yaxınlarından ağır silah səsləri eşidilib. Sonra Kral Salman ilə oğlu Ər-riyadda ABŞ-ın himayəsi altındakı bir hava bazasının sığınacağına aparıldığı xəbərləri yayılmışdı.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00