A24 Xeber

İran Suriyaya hücumları qınadı: “İsraili cəsarətləndirirsiniz”

İran Suriyaya hücumları qınadı: “İsraili cəsarətləndirirsiniz”
25
11 May 2018 - 12:57

Hücumlara görə Beynəlxalq aləmin heç bir reaksiya verməməsi İsraili hücum etməyə cəsarətləndirir.

A24.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Qasımi İsrailin Suriyanın Qolan təpələrini bombalamasına münasibət bildirərkən deyib.

“İran İsrailin Suriyaya hücumlarını şiddətlə qınayır. Beynəlxalq aləm İsraili cəsarətləndirir. Rəsmi Dəməşqin hücumlar qarşısında özünümüdafiə haqqı var”, – deyə Qasımi bildirib.

Bu arada, İsrail ordusu ötən gün Suriyada İran hədəflərinin vurulması ilə bağlı xəritə yayıb. Xəritədə İranın Suriyadakı Tel Qarba, Tel Kleb, Tel Nabi Yuşa ve Tel Makdaddakı kəşfiyyat bölmələrinin, eləcə də SEPAH-ın Kisbə bölgəsindəki və Dəməşq yaxınlığındakı bazasının vurulduğu qeyd olunub.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00