İran XİN başçısı: "ABŞ-ın sanksiyalara olan ehtirası sərhəd tanımır"

İran XİN başçısı: “ABŞ-ın sanksiyalara olan ehtirası sərhəd tanımır”
Want create site? Find Free WordPress Themes and plugins.

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etməsini tənqid edib.

O, bu barədə “Twitter” hesabında yazıb.

“ABŞ-ın müttəfiq ölkədən – Türkiyədən olan iki nazirə qarşı qanunsuz sanksiyaları təkcə ABŞ administrasiyasının təzyiq göstərmək və məcbur etmək siyasətini yox, həm də onların sanksiyalara olan ehtirasının sərhəd tanımadığını göstərir”, – C.Zərif yazıb.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı pastor Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar