İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırdı

İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı İsrailin baş naziri Benyamin Netanyahunun son bəyanatlarını “gülünc şou” adlandırıb.

Bu barədə ISNA agentliyi xəbər verib.

“Bu bəyanat gülüncdür. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynadı”, deyə Abbas Əraqçı qeyd edib.

 Qeyd edək ki, ötən gün Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Donald Tramp isə növbəti dəfə İranın nüvə proqramına dair razılaşmanın pozulmasını istisna etməyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar