İran yeni seriyalı tank istehsalına başlayır

İran yeni seriyalı tank istehsalına başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

İranın Müdafiə Nazirliyinə aid zavodları “Kərrar” (Hücum) versiyalı yeni tankının seriyalı istehsalına başlayıb.

A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, bunu iranlı general Məhəmməh Reza Heydari deyib.

General yaxın zaman ərzində bu tankların İranın Quru Qoşunları arsenalına daxil ediləcəyini bildirib. O, həmçinin yeni tankların ölkədə keçiriləcək hərbi təlimlərdə də nümayiş etdiriləcəyini söyləyib. “Kərrar” İranın ilk yerli istehsal etdiyi tankıdır.

Qeyd edək ki, “Kərrar” tankı ilk dəfə 2017-ci ilin mart ayında İranın müdafiə naziri general Hüseyn Dehqanın iştirakı ilə nümayiş etdirilib. İran mühəndisləri tərəfindən dizayn edilən və yaradılan “Kərrar” Rusiyanın T-90 tankının bənzəridir. H. Dehqan İranın tamamilə yerli imkanları hesabına istehsal edilən “Kərrar” tankının bir çox qabliyyətə sahib olduğunu və müharibələrdə strateji rol oynayacağını vurğulayıb.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar