A24 Xeber

İranda 8 İŞİD terrorçusu ölüm hökmünə məhkum edildi

İranda 8 İŞİD terrorçusu ölüm hökmünə məhkum edildi
34
13 May 2018 - 21:00

 Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsi bazar günü İŞİD terror qruplaşmasının 6 yaraqlısını ötən il iyunun 7-də ölkə paytaxtında törədilən iki akta görə edam hökmünə məhkum edib.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

İran qanunvericiliyinə görə, məhkum edilənlər 20 gün ərzində appelyasiya şikayəti verə bilərlər.

Yaraqlılar 7 iyun 2017-ci il tarixində Tehranda iki terror aktı törədiblər. İki qrup yaraqlı İran parlamentinin binasına və İmam Xomeyni muzeyinə hücum edib. Hadisələr nəticəsində 18 nəfər ölüb, 50 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00