A24 Xeber

Iranda bir qrup terrorçu məhv edilib

Iranda bir qrup terrorçu məhv edilib
35
10 İyun 2018 - 2:19

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan  bir neçə nəfəri öldürülüb.

SEPAH-ın “Həmzə Seyyduş-Şühəda” quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.

Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.

 SEPAH üzvlərindən xəsarət alan olmayıb.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00