A24 Xeber

İranda böyük qalmaqal: Qurani-Kərimi cırıb yandırdılar – FOTOLAR

İranda böyük qalmaqal: Qurani-Kərimi cırıb yandırdılar – FOTOLAR
117
15 May 2018 - 16:55

İranlı iki qız Qurani-Kərimi cırıb yandıraraq böyük qalmaqala imza atıb.

“A24.az” “yeniakit.com”a istinadən xəbər verir ki, Qurani-Kərimi cırıb yandıran qızlardan biri bu sözləri deyib:

“Bu Quranı yandırıram, çünki məni 20 ildir ki, aldatdılar və mənə məcbur etdilər. Bunu özüm və digər iranlıların daha yaxşı gələcəyə sahib olmaları və hökmranlıq altında olmayacağımızı söyləmək üçün edirəm”.

Digər qadın isə videoda görünmədən sadəcə Quranın üzərinə benzin tökərək yandırdığını görüntüləyib. Həmin qadın Qurani-Kərimi yandırdığı zaman “Batil inanc yandırılmalıdır. 21-ci əsrdəyik” dediyi eşidilib.

Görüntülərin altına yüzlərlə şərh yazılıb. Qərblilərin yazılarında qızı cəsur olaraq gördükləri və ona dəstək olduqları görünüb. Hətta onun üçün dua edənlər də olub.

“A24.az” sizə həmin fotoları təqdim edir:

X.V, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00