A24 Xeber

İranda gənc qadın silahla inkasatora hücum etdi

İranda gənc qadın silahla inkasatora hücum etdi
477
01 Mart 2017 - 12:29

İranda inkasator maşınından pul oğurlanıb.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə ötən həftə Tehran şəhərində baş verib.

İranın “Pasarqad” bankına məxsus inkassator maşınına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri “Kalaşnikov” avtomatları ilə sürücünü hədələyərək 900 milyon tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.

Polisin keçirdiyi əməliyyat çərçivəsində onlar İranın şimalında Lahican şəhərində atışma nəticəsində təslim olublar. Atışma zamanı dəstənin 22 yaşlı qadın üzvü yaralanıb və hazırda xəstəxanada.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00