İranda güclü zəlzələ: 23 nəfər xəsarət aldı

İranda güclü zəlzələ: 23 nəfər xəsarət aldı
Want create site? Find Free WordPress Themes and plugins.

İranda 5,3 bal gücündə zəlzələ olub.

A24.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Kermanşah vilayətində, Sarpol-e-Zahabda qeydə alınıb.

Vilayətin səhiyyə xidmətinin nümayəndəsi Maziar Təhmasibi bildirib ki, zəlzələ zamanı 23 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, 5,3 bal gücə malik zəlzələ İran-İraq sərhədində qeydə alınıb. Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar