İranda güclü zəlzələ, ölən var - YENİLƏNDİ

İranda güclü zəlzələ, ölən var – YENİLƏNDİ
Want create site? Find Free WordPress Themes and plugins.

İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində bir nəfər ölüb.

A24.Az IRNA agentliyinə istinadən xəbər verir ki, İranşəhr şəhərində 18 yaşlı qız ölüb, daha iki nəfər afterşoklar nəticəsində xəsarət alıb.

12.41

İranın şərqində, Bam şəhərindən 126 kilometr aralıda güclü zəlzələ baş verib. Yeraltı təkanlar Rixter şkalası üzrə 5,5 bal olub.

Zəlzələ bu gün səhər saatlarında baş verib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir. Bam və Zahedan şəhərləri arasındakı rayon seysmik cəhətdən qeyri-stabil hesab edilir.

Ötən il İranda baş verən 7,3 bal gücündə zəlzələ zamanı 500 nəfər ölüb, altı mindən çox insan yaralanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar