A24 Xeber

İranda hərbi posta hücum: 10 nəfər həlak oldu

İranda hərbi posta hücum: 10 nəfər həlak oldu
31
21 İyul 2018 - 18:45

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda  Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun  silah-sursat  anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00