İranda Həsən Ruhaniyə sərt xəbərdarlıq: Diqqət et!

İranda Həsən Ruhaniyə sərt xəbərdarlıq: Diqqət et!
Want create site? Find Free WordPress Themes and plugins.

İran Millət Məclisinin sədri Əhməd Cənnəti Trampın Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında İran prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini, ancaq Ruhaninin bunu etməməli olduğunu bildirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə İran mediasında xəbər dərc edilib.

Trampın İran ilə ilkin şərtsiz görüşmək təklifini müzakirə edən Cnnəti “Tramp yenidən xalqımızı aldatmaq üçün İranlı məmurlarla ilkin şərtsiz görüşmək istəyir. Rəhbər (İranın dini lideri Ayətullah Ali Xamanei) isə heç bir məmurun onlarla müzakirə haqqı olmadığını söyləyib” deyə xəbədarlıq edib.

Ruhaninin ölkə lideri Xamaneinin təlimatlarına əməl edərək Tramp ilə görüşməməsini bildirən Cənnəti “Nyu Yorka getmək istəyən Hörmətli Ruhani və ətrafındakıların rəhbərin bu xəbərdarlığına diqqət etməsi lazımdır” ifadəsini işlədib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar