İranda ilaxır çərşənbəsində 2 nəfər ölüb, 1278 nəfər yaralanıb

İranda ilaxır çərşənbəsində 2 nəfər ölüb, 1278 nəfər yaralanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Martın 14-də İranın Tehran və İsfahan şəhərlərində ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə nəticəsində 2 nəfər ölüb.

“A24.az”ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, hadisələrdə 1278 nəfər yaralanıb, 600-ə yaxın insan isə xəstəxanaya aparılıb. Hazırda yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.

İran polisinin Cinayətlərin qarşısının alınması idarəsinin sədri Məhəmməd Əşrəfi bildirib ki, ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə edən 1389 kişi və 48 qadın saxlanılıb. Onlardan 959-u barəsində cinayət işi açılıb və iş məhkəmə göndərilib. Digərləri isə iltizam verərək sərbəst buraxılıblar.

Polis məmuru hadisələrdə təcili tibbi yardım, polis və yanğınsöndürən xidmətlərinin 46 əməkdaşının xəsarət aldığını söyləyib.

Xəbərdə bildirilib ki, martın 11-i ölkənin Ərdəbil şəhərində “Çərşənbə Suri” bayramının qeyd olunduğu gün isə 7 nəfər atılan fişəng və partlayıcı qurğulardan dünyasını dəyişib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar