İranda İLK: Əhmədinejad azadlıq istədi

İranda İLK: Əhmədinejad azadlıq istədi
Want create site? Find Free WordPress Themes and plugins.

İranın keçmiş prezidenti Əhmədinejat ölkənin lideri Xamaneiyə yazdığı məktubda seçkilərin “azad şəkildə” keçirilə bilməsi üçün tələblərini irəli sürüb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə sabiq prezidentə məxsus olduğu deyilən “Devlet-i Bahar” adlı internet saytında yazılıb. Yazdığı məktubunda Əhmədinejadın Xamaneidən parlament və məhkəmə sisteminin yenilənməsini istəyib.

Əhmədinejad yazdığı məktubunda məhkəmə sistemi ilə bağlı dəyişikliyin edilməsini, ötən illərdə etiraz və fikirlərindən dolayı həbs olunanların buraxılmasını, irəli sürülən bütün iddiaların geri götürülməsini bildirib.

Həmçinin, Xomeneinin vətəndaşların tələblərinin dinlənilməsini və problemlərinin həll edilməsi yönündə etdiyi çıxışı zamanı Əhmədinejad yaşanan sıxıntıların həlli üçün xalqın seçimini azad şəkildə edə bilməsinin zəruri olduğunu ifadə edib.

Ayətullah Əli Xomeneinin “Ədalət mövzusunda geri qaldıq” açıqlamasına da işarə edən Əhmədinejad məhkəmə sistemindəki dəyişikliyin vacibliyini və bu mövzuda atılacaq addımların “məzlumların etibarının qaytarılmasına” və “siyasi islahatların aparılmasına” zəmin hazırlayacağını bildirib.

Qeyd edək ki, İranda iki dəfə prezident seçilən Əhmədinejadın 2009-cu ildə keçirilən seçkilərdə səs qazandığını elan etməsi böyük ictimai hadisələrə səbəb olmuşdu.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar