İranda "İnstagram"da şəkil paylaşan qadınlar həbs edildi

İranda “İnstagram”da şəkil paylaşan qadınlar həbs edildi
Want create site? Find Free WordPress Themes and plugins.

İran polisi Bandar Abbas şəhərində keçirilən əməliyyat zamanı sosial media şəbəkəsi “İnstagram”da şəkil paylaşan 46 nəfəri nəzarət altına alıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında 8-i qadındır.

Saxlanılanların adətən fotoqrafçı, gözəllik və toy salonunda işləyən şəxslər olduğu açıqlanıb.

Təhlükəsizlik xidmətinin sözcüsü verdiyi açıqlamasında bunun “planlaşdırılmış halda mədəniyyətə zərər vermə məqsədiylə həyata keçirilmiş bir əməl olduğunu” deyib.

Qeyd edək ki, İranda sosial media şəbəkələri olan “Facebook” və “Twitter”dən istifadə 2009-cu ildən qadağan edilib. Bu qadağaya baxmayaraq İranın dini lideri Ayətullah Xamaneinin rəsmi tvitter hesabı var.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar