İranda məşhur sünni din xadimi öldürüldü

İranda məşhur sünni din xadimi öldürüldü
Want create site? Find Free WordPress Themes and plugins.

İranda sünni din xadimi və akademik Mevlevi Abduşşekur Terşabiyə silahlı hücum olub. Hücum nəticəsində din xadimi dünyasını dəyişib.

“A24.az” bildirir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Hadisə İranın cənub-şərqində yerləşən Sistan-Belucistan bölgəsindəki Haş qəsəbəsində yaşanıb. İRNA-ya açıqlama verən Haş qəsəbəsinin müdir köməkçisi Muhamməd Ahmedi Bolag səhər saatlarında din xadiminə şəxsiyyəti məlum olmayan silahlı şəxslər tərəfindən sui-qəsd edildiyini söyləyib. O, sui-qəsd nəticəsində Terşabinin dünyasını dəyişdiyini bildirib.

Sünni din xadiminin öldürülməsinin rayon camaatı üçün üzücü bir xəbər olduğunu bildirən Bolag “Abduşşekur Terşabi akademik və elm sahəsində sayıb-seçilən simalardan idi. Bölgədə İslami birlik və bütövlüyün müdafiəçisi idi” deyib.

İranlı məmur cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və yaxalanması üçün işlərin başladıldığını qeyd edib.

Terşabinin cənazəsinin həmin bölgədə Zahidan kəndinin Haş qəsəbəsində torpağa tapşırılacağı bildirilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar