A24 Xeber

İranda qasırğa: 18 nəfər xəsarət aldı

İranda qasırğa: 18 nəfər xəsarət aldı
25
12 İyun 2018 - 5:53

 İranın Tehran əyalətində güclü yağış və qasırğa nəticəsində azı 18 nəfər xəsarət alıb.

A24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətin qəza-xilasetmə xidmətinə istinadən IRNA məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehran əyalətində güclü yağışlar və qasırğa bazar ertəsi axşam olub. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Sürəti saatda 83 km-ə çatan qasırğa küləyi və güclü yağış zərər çəkmiş rayonlarda ağacların və işıq dirəklərinin aşmasına səbəb olub, həmçinin binaların fasadları dağılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00