A24 Xeber

İranda qəzaya düşən təyyarənin qara qutusu tapıldı – FOTO

İranda qəzaya düşən təyyarənin qara qutusu tapıldı – FOTO
48
06 Aprel 2018 - 13:41
Ötən ay İranda qəzaya uğrayan türk təyyarəsinin qara qutusu tapılıb.
A24.Az xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatı uzun müddət aparılan axtarışlardan sonra tapılan qara qutunun fotolarını paylaşıb.
Qəza nəticəsində zədələnən qara qutu içindəki məlumatların oxunması üçün aprelin 10-da Fransadakı labaratoriyalardan birinə göndəriləcək.
Qeyd edək ki, Başaran Holdinqə aid olan “Challanger 604” tipli təyyarə martın 11-də BƏƏ-nin Şarja şəhərindən İstanbula uçarkən İran ərazisində naməlum səbəbdən qəzaya düşmüşdü. Qəza nəticəsində iş adamı Hüseyn Başaranın evlilik öncəsi tətil üçün getdiyi Dubay səfərindən qayıdan qızı Mina Başaran, 7 rəfiqəsi və təyyarənin heyət üzvləri həyatını itirmişdi.
(Qaynarinfo)
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00