İranda türkləri coşduran qalmaqal: “Azərilər farsdır”

İranda türkləri coşduran qalmaqal: “Azərilər farsdır”
Want create site? Find Free WordPress Themes and plugins.

İran Məclisindəki bəzi türk əsilli millət vəkilləri, İran Prezidentinin köməkçisi Ali Yunusinin azərbaycanlılarla bağlı söylədiyi fikirlərə sərt reaksiya verib.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, Ali Yunusi məclisdə çıxışı zamanı “Azərilər türkcə danışan farslardır” açıqlamasını verib.

Həmçinin cümə günü iki ölkədə qarşılıqlı olaraq, İranda rus dilinin, Rusiyada da fars dilinin ikinci dil kimi tədris edilməsi ilə bağlı təklifin irəli sürülməsi iranlı türklərin reaksiyasına səbəb olub.

İran Məclisindəki Urumiyə millət vəkili Nadir Qazipur və Hadi Bahadırın İran prezidenti Həsən Ruhaninin köməkçisi Yunusinin “Azərilər Türkcə danışan farslardır” açıqlamasına sərt reaksiya verən 50 türk əsilli millət vəkili imza atıb.

İrandakı milli azlıqlarla bağlı Yunusinin verdiyi açıqlamaların ölkənin təhlükəsizliyinə zərər verdiyi bildirilən məktubda  İranda müxtəlif irqlərin yaşadığı, Qurana görə irqi ayrı-seçkiliyin qəbul edilməz olduğu bildirilib.

Yunusi həmin açıqlamasıyla ölkədəki türkləri təhqir etdiyi deyilib və məktubda “Azəri, türkmən, qaşqay, xəzərli və xorasanlılar kimi türk ləhcəsində danışan ölkələrin təqribən 40 faizini təşkil edən türk xalqına təhqir edilmişdir” deyə bildirilib.

Yunusinin “Azərilər 300 ildən çoxdur ki, türkcə danışırlar” açıqlamasına sərt reaksiyanın verildiyi məktubda azərbaycanlıların tarix boyu qədim türk dilində danışdıqları vurğulanıb.

Qeyd edək ki, cümə günü iki ölkədə qarşılıqlı olaraq İranda rus dilinin, Rusiyada fars dilinin ikinci dil olaraq tədris edilməsiylə bağlı təklifin irəli sürülməsi uzun illərdir Türk dilinin ikinci dil olaraq tədris edilməsini tələb edən iranlı türklərin sərt reaksiyasına səbəb olub. İranın 80 milyonluq əhalisinin təqribən yarısını əhatə edən iranlı türklər türk dili yerinə məktəblərdə rus dilinin tədris edilməsi təklifini sosial mediada da sərt qarşılayıb və müzakirə mövzusu olub.

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar